PORTAL HAQQINDA

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən istifadəçilərə təqdim olunan “Asan İmza” sertifikatlarının qüvvədə olma müddəti 3 (üç) ildir. Bu müddət bitdiyi vaxt sertifikatlar etibarsız sayılır.

Artıq “Asan İmza” İstifadəçiləri olduqları yerdən ayrılmadan, ASXM-ə fiziki olaraq müraciət etmədən onlayn qaydada sertifikatlarının müddətini yeniləyə, eyni zamanda yeni “Asan İmza” mobil elektron imza sertifikatları üçün onlayn qaydada müraciət edə bilərlər.

Vətəndaşlara onlayn müraciət imkanını təmin etmək məqsədilə asxm.gov.az Portalı yaradılmışdır. Portal vasitəsilə onlayn müraciəti asanlıqla həyata keçirmək üçün hər üç “Asan İmza” sertifikat növünə uyğun - Şəxsi (vətəndaş), İş (Biznes) və Dövlət və bələdiyyə tipli sertifikatların onlayn əldə edilməsi qaydası ilə bağlı ayrı-ayrılıqda İstifadəçi Təlimatı hazırlanaraq Portalın İşin icrası menyusunun müvafiq bölmələrində yerləşdirilmişdir

Mövcud “Asan İmza” sertifikatlarını yeniləmək istəyən İmza sahibləri sertifikatın etibarlılıq müddətinin bitməsinə ən çoxu 10 gün qalmış onlayn qaydada Portal vasitəsilə müraciət edə bilərlər. “Asan İmza ” sertifikatı üçün ilk dəfə müraciət edən vətəndaşlar isə Portal vasitəsilə müraciət Ərizəsini tələb olunan qaydada dolduraraq onlayn şəkildə ASXM-ə göndərə bilərlər.

Sertifikat onun qüvvədə olma müddəti başa çatdığı gündən sonrakı gündən başlayaraq maksimum 30 gün ərzində aktivləşdirilə bilər.