PORTAL HAQQINDA

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən istifadəçilərə təqdim olunan “Asan İmza” sertifikatlarının qüvvədə olma müddəti 3 (üç) ildir. Bu müddət bitdiyi vaxt sertifikatlar etibarsız sayılır.

Artıq “Asan İmza” İstifadəçiləri onlayn qaydada sertifikatlarının müddətini yeniləyə, eyni zamanda yeni “Asan İmza” mobil elektron imza sertifikatları üçün onlayn qaydada müraciət edə bilərlər.

Vətəndaşlara onlayn müraciət imkanını təmin etmək məqsədilə https://portal.asxm.gov.az/ Portalı yaradılmışdır. Portal vasitəsilə onlayn müraciəti asanlıqla həyata keçirmək üçün bütün elektron xidmətlərə görə İstifadəçi Təlimatı hazırlanaraq Portal menyusunun müvafiq bölmələrində yerləşdirilmişdir.

“Asan İmza” sertifikatı üçün ilk dəfə müraciət edən vətəndaşlar Ərizəsini online qaydada dolduraraq Portal vasitəsilə müraciət edə bilərlər. Mövcud “Asan İmza” sertifikatlarını yeniləmək istəyən İmza sahibləri isə sertifikatın etibarlılıq müddətinin bitməsinə ən çoxu 10 gün qalmış onlayn qaydada Portal vasitəsilə müraciət edə bilərlər.